Alsudan sevgilisi olması iddialarına cavab

Rusiyalı müğənni Alsu və iş adamı Yan Abramov arasında boşanma prosesində gözlənilməz dönüş olub.
Day.Az axşam.az-a istinadən bildirir ki, iş adamının vəkili Aleksandr Dobrovinski, müğənninin həyatında başqa birinin olduğu üçün müvəkkilinin barışıq üçün heç bir addım atmayacağını deyib. Alsunun yeni sevgilisi olması xəbəri uzun müddətdir sosial şəbəkələrdə müzakirə olunur.
Vəkilin açıqlamasına Alsunun cavabı gecikməyib. "StarHit" sənətçidən açıqlama alıb. Alsu "Bəzi insanlar aldadırlar. Fransada idim, həqiqətən də, uşaqlarımla orada istirahət etdim, çox gözəl vaxt keçirdim. Hələ də evli qadınam və buna görə də ətrafa baxmıram. Ürəyim boşdur" azaddır" cavabını verib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре