"Bir qolumda qızım paltarları ilə, o biri qolumda..." - Xalq artisti - VİDEO

"Tarixin bir günü" verilişində təsirli anlar yaşanıb.
Prodüser və aparıcı Tarix Əliyevin Xalq artisti Aygün Kazımova haqda etdiyi nitq onu təsirləndirib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Pop diva özü-özünə xitab edərək ilk dəfə illər öncə həyatının çətin məqamlarından danışıb:
"Aygün, nə etdinsə, düz etdin. Çox risklərə getdin. Amma düz etdin. Atasız bir uşaq idin. Nəsil-kök sənə qarşı idi. Gənc yaşında ananı itirdin. Bir övlad kimi zəiflədin. O vaxt gənc qız idim. Övladım qolumda. Qolum artıq nəs qalmışdı. Qurumuşdu artıq qolum. Bir qolumda qızım, paltarları ilə o biri qolumda. Həyatında elə şeylər yaşandı ki, onu sən heç cürə bölüşə bilməzdin". /shownews.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре