https://news.day.az/azerinews/1752845.html Daha 5 itkin şəhid dəfn ediləcək - FOTO Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhidin nəşinin qalıqları dəfn olunacaq. Day.Az xəbər verir ki, bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. İtkin-şəhidlərin hamısı hərbçidir.

Daha 5 itkin şəhid dəfn ediləcək - FOTO

Azərbaycanca, 15 мая 2025 10:44 (UTC +04:00) 418
Daha 5 itkin şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhidin nəşinin qalıqları dəfn olunacaq.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

İtkin-şəhidlərin hamısı hərbçidir. Sabah dəfn olunacaq itkin-şəhidlər Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər Tənzil oğlu və Ərzumanov Elşən İsaməddin oğludur.

Qeyd edək ki, Y.Məmmədovun nəşinin qalıqları saat 12.00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında, M.Rüstəmov saat 14.00-da Ağcabədi şəhəri Şəhidlər xiyabanında, M.Məmmədov saat 12.00-da Şərur şəhəri Şəhidlər xiyabanında, A.Abbasov saat 15.00-da Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında, E.Ərzumanov isə saat 13.00-da Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

  • Daha 5 itkin şəhid dəfn ediləcək
  • Daha 5 itkin şəhid dəfn ediləcək
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости