https://news.day.az/azerinews/1753102.html Ötən ay qidadan zəhərlənənlərin sayı açıqlandı Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qida toksikoinfeksiyası şübhəsi ilə 103 nəfər qəbul edilib. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, ölüm halı qeydə alınmayıb:

Ötən ay qidadan zəhərlənənlərin sayı açıqlandı

Azərbaycanca, 16 мая 2025 10:35 (UTC +04:00) 477
Ötən ay qidadan zəhərlənənlərin sayı açıqlandı

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qida toksikoinfeksiyası şübhəsi ilə 103 nəfər qəbul edilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, ölüm halı qeydə alınmayıb:

"Qəbul edilən şəxslərin hər birinə şöbədə zəruri tibbi xidmətlər göstərildikdən sonra evə buraxılıb", - deyə o əlavə edib.

Qeyd edək ki, qida zəhərlənməsi bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması zamanı həmin qidanın istifadəsinin nəticəsində yaranan haldır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости