https://news.day.az/azerinews/1753871.html “Son zəng”də məzunlara geyim qadağası qoyulub? Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri zamanı məzunların geyim formalarına dair qadağa ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilib ki, məzunların "Son zəng" tədbirlərində yalnız məktəbli forması geyinmələri tələbi qoyulub.

“Son zəng”də məzunlara geyim qadağası qoyulub?

Azərbaycanca, 19 мая 2025 15:04 (UTC +04:00) 668
“Son zəng”də məzunlara geyim qadağası qoyulub?

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri zamanı məzunların geyim formalarına dair qadağa ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilib ki, məzunların "Son zəng" tədbirlərində yalnız məktəbli forması geyinmələri tələbi qoyulub.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, təlimatda şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilib:

"Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb. Şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости