Azərbaycan idmançısı qızıl medal qazandı, erməni rəqibi kürsünü tərk etdi

Çexiyanın Truntov şəhərində "Strict Curl" üzrə Avropa çempionatı keçirilib.

Day.Az xəbər verir ki, Azərbaycan idmançısı Zaur Abbasov 100 kq çəki dərəcəsində GPC versiyası üzrə Ermənistandan olan rəqibinə qalib gələrək 92,5 kq nəticə ilə Avropa cempionu olub və yeni rekorda imza atıb.

Zaur Abbasov mükafatlandırma mərasimində Azərbaycan bayrağı ilə kürsünün ən yüksək pilləsinə çıxarkən, erməni rəqibi məğlubiyyəti qəbul etməyərək oradan uzaqlaşıb.

Qeyd edək ki, Azərbaycan bu yarışda 5 qızıl, 2 gümüş, 3 kubok və 4 yeni Avropa rekorduna imza atıb.