https://news.day.az/azerinews/1754245.html 16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı Sabirabadda qətl hadisəsi baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb. Şirvan şəhər sakini 16 yaşlı qız bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti daha sonra Kür çayına atılıb.

16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı

Azərbaycanca, 20 мая 2025 16:27 (UTC +04:00) 440
16 yaşlı qızı öldürüb Kürə atdılar

Sabirabadda qətl hadisəsi baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 16 yaşlı qız bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti daha sonra Kür çayına atılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Güdəcühür kənd sakini 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

Onun 16 yaşlı qızla bir müddətdir qeyri-rəsmi nikahda yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Axtarış-xilasetmə əməliyyatı çərçivəsində 16 yaşlı qızın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости