https://news.day.az/azerinews/1754717.html Həcc ziyarəti üçün kvota dolub? - RƏSMİ AÇIQLAMA Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayırıb. Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

Həcc ziyarəti üçün kvota dolub? - RƏSMİ AÇIQLAMA

Azərbaycanca, 22 мая 2025 12:21 (UTC +04:00) 411
Həcc ziyarəti üçün kvota dolub?

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayırıb.

Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

V.Cahangiri bildirib ki, bununla yanaşı, 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub:

"Kvotadan əlavə 30 nəfərdən çox müraciət olsa da, say tamamlandığından onların müraciətləri qəbul edilməyib. Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır". 

Qeyd edək ki, Azərbaycanda 6-7 iyun Qurban Bayramı olduğu üçün qeyri-iş günü elan edilib. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости