https://news.day.az/azerinews/1755179.html Bu şəxslər evlə təmin ediləcək Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə dəstək, qayğı dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Day.Az-ın məlumatına görə, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri yeni mənzillərlə təmin olunacaqlar.

Bu şəxslər evlə təmin ediləcək

Azərbaycanca, 23 мая 2025 21:56 (UTC +04:00) 446
Bu şəxslər evlə təmin ediləcək

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə dəstək, qayğı dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.

Day.Az-ın məlumatına görə, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri yeni mənzillərlə təmin olunacaqlar.

Belə ki, bu şəxslər üçün Bakı şəhərində 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzillər satın alınacaq.

Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə başlanılıb.

Agentlik sözügedən işlərin 8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости