https://news.day.az/azerinews/1755502.html “Qarabağ” tarixinin rekordunu təkrarlayıb "Qarabağ" mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. Day.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Misli Premyer Liqasının 2024/2025 mövsümündə 28-ci qələbəsini qazanıb. Qurban Qurbanovun yetirmələri sonuncu - XXXVI turda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.

“Qarabağ” tarixinin rekordunu təkrarlayıb

Azərbaycanca, 25 мая 2025 17:06 (UTC +04:00) 663
“Qarabağ” tarixinin rekordunu təkrarlayıb

"Qarabağ" mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

Day.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Misli Premyer Liqasının 2024/2025 mövsümündə 28-ci qələbəsini qazanıb.

Qurban Qurbanovun yetirmələri sonuncu - XXXVI turda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.

Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. 12 qat ölkə çempionu iki il əvvəl - 2022/2023 mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. "Neftçi" 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости