https://news.day.az/azerinews/1756749.html
Əmisini qətlə yetirib ölkədən qaçmaq istəyərkən tutuldu
Lənkəranda qətl hadisəsi baş verib. Day.Az xəbər verir ki, hadisə Vilvan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib.
Əmisini qətlə yetirib ölkədən qaçmaq istəyərkən tutuldu
Lənkəranda qətl hadisəsi baş verib.
Day.Az xəbər verir ki, hadisə Vilvan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.
Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре