https://news.day.az/azerinews/1758711.html “Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir - FOTO Tanınmış aktrisa Gül Onat pankreas xərçəngi səbəbilə əməliyyat keçirib və vəziyyəti ilə bağlı açıqlama verərək izləyicilərindən dua istəyib.

“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir - FOTO

Azərbaycanca, 8 июня 2025 04:44 (UTC +04:00) 515
“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir

Tanınmış aktrisa Gül Onat pankreas xərçəngi səbəbilə əməliyyat keçirib və vəziyyəti ilə bağlı açıqlama verərək izləyicilərindən dua istəyib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, "Sihirli Annem" serialında canlandırdığı "Perihan" obrazı ilə yadda qalan 71 yaşlı sənətçi yeni "Sihirli Annem: Hepimiz Biriz" filmində çəkilsə də, qala gecəsinə qatıla bilməyib.

O bildirib: "Təəssüf ki, qalada iştirak edə bilmədim. Çox ciddi əməliyyat keçirdim. Həkimimin üç günlük izni ilə səhnələrimizi çox qısa şəkildə çəkə bildik. Dualarınızı gözləyir və sizləri sevgi ilə öpürəm".

Qeyd edək ki, Gül Onat ötən il pankreas xərçəngi diaqnozu ilə əməliyyat olunmuşdu. Onun bu açıqlaması sənətsevərlər arasında narahatlıq yaradıb və sosial şəbəkələrdə aktrisaya dəstək paylaşımları edilib.

  • “Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir
  • “Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir
  • “Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir
  • “Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости