Nura Suri Alim Qasımova görə əsəbiləşdi
"Alim Qasımovun toydakı görüntülərini saytlar paylaşıb. Cəmiyyətimiz də tökülüşüblər şərhlərdə ağızlarına gələni yazıblar. Elə bil oturub gözləyirlər ki, kimsə nəsə etsin, bunlar da klaviatura "qəhrəmanları" öz zəhərlərini şərhlərə töksünlər".
Day.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun rep ifa etməsinə münasibət bildirərkən deyib.
"Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz? Elə bil ki, hamı hakimdi, həyat da məhkəmə.
Qınanılası o qədər mühüm məsələlər var ki, onları görməzdən gəlməkdən bezmirsiniz, amma insanları əyləndiklərinə görə rahatlıqla təhqir edə bilirsiniz. Bir özünüzə də baxın, niyə bu qədər nifrəti içinizdə bəslədiyiniz səbəblərini də axtarın", - deyə N.Suri qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре