https://news.day.az/azerinews/1760428.html Baş Dövlət Yol Polisi İdarəsindən “Son zəng” öncəsi XƏBƏRDARLIQ Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" öncəsi əhaliyə xəbərdarlıq edib. Day.Az xəbər verir ki, xəbərdarlıqda deyilib: "Bu gün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ilə əlaqədar yol polisi əməkdaşları ölkə üzrə gücləndirilmiş iş rejimdə xidmət aparır, hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi nəzarət olunur.

Baş Dövlət Yol Polisi İdarəsindən “Son zəng” öncəsi XƏBƏRDARLIQ

Azərbaycanca, 14 июня 2025 10:07 (UTC +04:00) 525
Baş Dövlət Yol Polisi İdarəsindən “Son zəng” öncəsi

Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" öncəsi əhaliyə xəbərdarlıq edib.

Day.Az xəbər verir ki, xəbərdarlıqda deyilib:

"Bu gün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ilə əlaqədar yol polisi əməkdaşları ölkə üzrə gücləndirilmiş iş rejimdə xidmət aparır, hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi nəzarət olunur.

Təəssüf ki, əvvəlki illərin təcrübəsi göstərir ki, bəzən məzunlar ailə üzvlərinə məxsus avtomobillərin sükanı arxasına keçərək həm özləri, həm də digərləri üçün təhlükə yaradır. Belə hallar yalnız qanun pozuntusu deyil, eyni zamanda həyat və sağlamlıq üçün ciddi riskdir.

Bu xüsusda valideynlərə və məzunlara bir daha xatırladırıq: Nəqliyyat vasitələrinin sürücülük hüququna malik şəxslər tərəfindən idarə olunması qanunvericiliyin tələbidir və bu qaydaya əməl edilməsi hər bir kəsin həm hüquqi, həm də mənəvi məsuliyyətidir".

Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" tədbirləri ilə bağlı bir daha xəbərdarlıq edir:

- Sürücülük hüququ olmayan şəxsin nəqliyyat vasitəsi idarə etməsi inzibati məsuliyyət yaradır;
- Belə hallara şərait yaratmaq yolverilməz və məsuliyyətsiz davranışdır;
- Səs-küylü, təhlükəli, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlərə qarşı nəzarət daha da gücləndiriləcək.

"Bu əlamətdar gün münasibətilə bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyat yollarında uğurlar arzulayırıq.

Tövsiyələrə əməl edək ki bir günün ehtiyatsızlığı bir ömür peşmanlığına çevrilməsin", - məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости