https://news.day.az/azerinews/1760449.html Bu gün işğaldan azad olunan üç məktəbdə “Son zəng” tədbiri keçirilir - Sədr Bu gün 1988-ci ildə məzun ola bilməyən insanların son zəng tədbiri yenidən baş tutur. Bu çox qürurverici hadisədir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Xankəndidə keçirilən "Son zəng" tədbirində jurnalistlərə açıqlamasında deyib.

Bu gün işğaldan azad olunan üç məktəbdə “Son zəng” tədbiri keçirilir - Sədr

Azərbaycanca, 14 июня 2025 11:19 (UTC +04:00) 429
Bu gün işğaldan azad olunan üç məktəbdə “Son zəng” tədbiri keçirilir

Bu gün 1988-ci ildə məzun ola bilməyən insanların son zəng tədbiri yenidən baş tutur. Bu çox qürurverici hadisədir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Xankəndidə keçirilən "Son zəng" tədbirində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün işğaldan azad olunan üç məktəbdə "Son zəng" tədbiri keçirilir:

"Bunlar 1 nömrəli Şuşa məktəbi, 4 nömrəli Xankəndi məktəbi və Mehdi Mehdizadə adına Cəbrayıl məktəbidir".

E.Nəsibov onu da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən ümumi təhsil və məktəbəqədər müəssisələrində 3 minə çox şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır və 500-ə qədər təhsilverən çalışır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости