https://news.day.az/azerinews/1761335.html Kamran Əliyev Ləmbəranskini işdən çıxardı Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyini edib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilərək sərəncama götürülüb. Hələlik onun yerinə təyinat yoxdur.

Kamran Əliyev Ləmbəranskini işdən çıxardı

Azərbaycanca, 18 июня 2025 10:32 (UTC +04:00) 539
Kamran Əliyev Ləmbəranskini işdən çıxardı

Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyini edib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilərək sərəncama götürülüb. Hələlik onun yerinə təyinat yoxdur.

Məlumat üçün deyək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.

Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, daha sonra Pirallahı rayon prokuroru vəzifəsində çalışıb. 2020-ci ildən Sabunçu rayonunun prokuroru idi.

Qeyd edək ki, ötən gün Gədəbəy və Lerik rayonunun prokurorları da dəyişdirilib. Prokurorluq orqanlarında bu kimi islahatların davam edəcəyi gözlənilir.

  • Kamran Əliyev Ləmbəranskini işdən çıxardı
  • Kamran Əliyev Ləmbəranskini işdən çıxardı
  • Kamran Əliyev Ləmbəranskini işdən çıxardı
  • Kamran Əliyev Ləmbəranskini işdən çıxardı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости