https://news.day.az/azerinews/1763730.html “Azərbaycanfilm” kinostudiyasının istifadə olunmayan anbarında partlayış olub - Nazirlik 2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.

“Azərbaycanfilm” kinostudiyasının istifadə olunmayan anbarında partlayış olub - Nazirlik

Azərbaycanca, 27 июня 2025 01:08 (UTC +04:00) 449
“Azərbaycanfilm” kinostudiyasının istifadə olunmayan anbarında partlayış olub

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.

Day.Az xəbər verir ki, Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.

Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости