https://news.day.az/azerinews/1764032.html Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı - VİDEO Sabirabad rayon sakini Xəyal Mustafayev "Toyota" markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının stasionar postunda saxlanılıb. Bu barədə Day.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı - VİDEO

Azərbaycanca, 28 июня 2025 12:32 (UTC +04:00) 420
Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı

Sabirabad rayon sakini Xəyal Mustafayev "Toyota" markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının stasionar postunda saxlanılıb.

Bu barədə Day.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan Xəyal Mustafayev inzibati məsuliyyətə cəlb edilib.

"BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости