https://news.day.az/azerinews/1768455.html Bakının 3 rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ "Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar" QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 18.07.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bakının 3 rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Azərbaycanca, 18 июля 2025 09:57 (UTC +04:00) 459
Bakının 3 rayonunda qaz olmayacaq

"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar" QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 18.07.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Day.Az-a verilən məlumata görə, təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости