https://news.day.az/azerinews/1769548.html 35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - FOTO Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb. Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anadan olub.

35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - FOTO

Azərbaycanca, 23 июля 2025 12:45 (UTC +04:00) 727
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi

Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb. 

Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb və orada ayağı amputasiya olunub. Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib.

  • 35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi
  • 35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости