https://news.day.az/azerinews/1769966.html Goranboyda ana ilə qızı öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA İki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Day.Az-a Goranboy rayon prokurorluqdan məlumat verilib.

Goranboyda ana ilə qızı öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanca, 25 июля 2025 09:59 (UTC +04:00) 483
Goranboyda ana ilə qızı öldürülməsi ilə bağlı

İki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Day.Az-a Goranboy rayon prokurorluqdan məlumat verilib. 

Bildirilir ki, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya  xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости