https://news.day.az/azerinews/1770103.html Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb - FOTO Beyləqanda yol nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb. Trend-in yerli müxbirinin xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Dünyamalılar kəndində qeydə alınıb. Belə ki, kənd sakini Anar Şükürov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb.

Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb - FOTO

Azərbaycanca, 25 июля 2025 19:28 (UTC +04:00) 444
Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb

Beyləqan rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Sürücü ağır xəsarət alıb.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində Dünyamalılar kənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, Anar Şükürovon idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan minik avtomobilinə daha sonra isə daş hasara çırpılıb. Qəza zamanı ağır xəsarətlər alan A.Şükürov Beyləqan Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

 

"1993-cü il təvəllüdlü şəxsə sol alın, baş, alt çənə, boyun nahiyəsinin əzilmiş, cırılmış açıq zədəsi, alt çənə sümüyünün yerdəyişmiş sınığı diaqnozu təyin edilib.

Pasiyentin ixtisaslı tibbi müayinə olunması üçün Bakı şəhərində olan tibb müəssisələrindən birinə təxliyə olunması üçün hazırlıq işləri görülür".

Faktla bağlı araşdırma aparılır.

  • Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb
  • Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb
  • Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb
  • Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb
  • Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb
  • Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости