https://news.day.az/azerinews/1770275.html Sabirabadda kanalda boğulan gəncin meyiti tapılıb Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb. Day.Az Trend-ə istinadən bildirir ki, hadisə ötən gün rayonun Qaragüney kəndi ərazisində baş verib. Belə ki, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlu su kanalında boğulub.

Sabirabadda kanalda boğulan gəncin meyiti tapılıb

Azərbaycanca, 26 июля 2025 17:30 (UTC +04:00) 435
Sabirabadda kanalda boğulan gəncin meyiti tapılıb

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə ötən gün rayonun Qaragüney kəndi ərazisində baş verib.

Belə ki, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlu su kanalında boğulub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda, bu gün saat 16 radələrində tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости