https://news.day.az/azerinews/1771629.html Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Lada" markalı, 99-PD-057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi

Azərbaycanca, 2 августа 2025 10:02 (UTC +04:00) 453
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Lada" markalı, 99-PD-057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

Bu barədə Day.Az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.İsmayılovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 60 gün inzibati qaydada həbs edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости