https://news.day.az/azerinews/1772217.html Ana və 2 yaşlı uşağını maşın vurub öldürdü - FOTO Ana ilə övladını avtomobil vuraraq öldürüb. Day.Az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə avqustun 2-si saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində baş verib.

Ana və 2 yaşlı uşağını maşın vurub öldürdü - FOTO

Azərbaycanca, 5 августа 2025 14:45 (UTC +04:00) 443
Ana və 2 yaşlı uşağını maşın vurub öldürdü

Ana ilə övladını avtomobil vuraraq öldürüb.

Day.Az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə avqustun 2-si saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində baş verib.

Qobustan rayon sakini Nuran Nuriyev sükanı arxasında olduğu "VAZ-21074" markalı 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən qadınla körpəsini vurb.

Belə ki, avtomobil yolun müəyyən olunmayan hissəsindən - yerüstü piyada keçidinin altından keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü oğlunu vuraraq öldürüb.

İdarə piyadaları qaydalara əməl etməyə və həyatları ilə risk etməməyə çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости