https://news.day.az/azerinews/1772612.html Masallıda meşə massivində yanğın baş verib - VİDEO Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verib. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.

Masallıda meşə massivində yanğın baş verib - VİDEO

Azərbaycanca, 7 августа 2025 16:29 (UTC +04:00) 398
Masallıda meşə massivində yanğın baş verib

Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verib.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə quru ot və kol-kos yanıb.

Meşə zolağı yanğından mühafizə olunub",- deyə əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости