DİM-dən bəzi ali məktəblərə rus dilində qəbulun dayandırılması ilə bağlı

Bəzi ali məktəblərə rus bölməsi üzrə qəbulun aparılmaması həqiqəti əks etdirmir.

Bu barədə Day.Az-а DİM-dən məlumat verilib.

 

Bildirilib ki, rus bölməsi üzrə plan yerlərinin siyahısı ayrıca olaraq rus dilində Abituriyent 4 jurnalında nəşr olunub.

Xatırladaq ki, bəzi media orqanlarında bir sıra universitetə rus dilində qəbulun dayandırılması ilə bağlı məlumatlar yayılıb.