https://news.day.az/azerinews/1773707.html Bu rəng stresi 28% azaldır Journal of Environmental Psychology jurnalında dərc olunan son tədqiqatın nəticələrinə əsasən, göy rəng - xüsusilə də onun soyuq tonlu çalarları - insanın intellektual fəaliyyət zamanı yaşadığı stresi təxminən 28% azaldır.

Bu rəng stresi 28% azaldır

Azərbaycanca, 13 августа 2025 01:36 (UTC +04:00) 428
Bu rəng stresi 28% azaldır

Journal of Environmental Psychology jurnalında dərc olunan son tədqiqatın nəticələrinə əsasən, göy rəng - xüsusilə də onun soyuq tonlu çalarları - insanın intellektual fəaliyyət zamanı yaşadığı stresi təxminən 28% azaldır.

Saglamolun.az xəbər verir ki, nevrofizioloqların apardığı bu araşdırma göstərib ki, göy rəng diqqət və konsentrasiyanı artıran neyromediatorların ifrazını stimullaşdırır. Bununla yanaşı, Böyük Britaniyanın Kolumbiya Universitetində aparılan digər bir elmi araşdırma isə mavi rəngin insan beyninin yaradıcılığa cavabdeh olan alın nahiyələrini aktivləşdirdiyini sübut edib. Tədqiqat göstərib ki, göy çalarlı mühitdə işləyən insanlar 33% daha çox yaradıcı və innovativ ideyalar irəli sürürlər.

Mövzuyla bağlı maraqlı bir tarixi fakt da diqqət çəkir. Apple şirkətinin həmtəsisçisi Steve Jobs, ilk Mac kompüteri üzərində işlədiyi dövrdə ofisini göy rəngdə dizayn edib. O, bu rənglərin ona "gələcəyi daha aydın görməyə kömək etdiyini" demişdi.

Mütəxəssislər bildirir ki, göy rəngdən düzgün istifadə etmək vacibdir. Tamamilə bu rənglə dizayn edilmiş məkanlar uzun müddətli istifadədə psixoloji diskomfort yarada bilər. Ən effektiv yanaşma - fərqli göy aksentlərdən istifadə etməkdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости