Bu gün heç zaman görünmədiyi qədər ədalət mühakiməsi bizdən əməkdaşlıq tələb edir

Beynəlxalq Hakimlər Assosiasiyasının nümayəndələri sizi, Bakıda böyük şərəf hissi ilə salamlayırıq. Burada olan abu-hava ədaləti demokratiyanı özündə əks etdirir.

Trend xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyanın açılış mərasimində deyib.

O qeyd edib ku, bu toplantıda iştirakınız nəinki Azərbaycanın məhkəmə hakimiyyətinə olan hörmətinizin təzahürüdür, ölkəmizin qanunvericiliyinin aliliyinə verdiyiniz qiymətdir.

"Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan oz məhkəmə sistemini ədalət, qanunverilicik pronsipləri əsasında qurmağa başlaylb.Bu toplantının bu il burada keçirilməsi Azərbaycan üçün çox önəmlidir. Bu il ərazi bütövlüyümüzün bərpasının 5, konstitusiyamızın 30 illiyini qeyd edirik"

 

İ.Kərimov qeyd edib ki, bu gün heç zaman görünmədiyi qədər ədalət mühakiməsi bizdəm əməkdaşlıq tələb edir. Hakimlər bütün limitləri aşaraq bu işlərə töhfə verə bilər:

Ədalətin, qanuniliyin aliliyini vacib saxlamağı hər zaman Beynəlxalq Hakimlər Assosiasiası xüsusi qeyd edir. Mövcud reallığa uyğunlaşmalıyıq. Biz əlimizdən gələni etməliyik ki ədalət öz işini tam şəkildə əhatə edə bilsin. Bütövlük, düzgünlük, müdriklik prinsiplərini hər zaman öndə tutmalıyıq. Biz hətta beynəlxalq hüdudları keçən məslələrə də öz töhfəmizi verməliyik.

Ali məhkəmə sədri qeyd edib ki, iqlim dəyişikliyi məsələsində hakimlər də təbiətin qorunmasının vacibliyini nəzərə alaraq yaşıl keçid pribsiplərinə sadiq qalırlar.

"Həmçinin gənc hakim nəslini formalaşmağa çalışacağıq. Əziz dostlar, bu assombleyanın adı bizim həmrəyliyimizi gücləndirir. Ədalət sülhün əsasında dayanır. Siz ölkənizə qayıdanda xatırlayacaqsınız ki əməkdaşlığımızln hüdudları yoxdur".