Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb

Gürsel İsmayılzadə Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.