https://news.day.az/azerinews/1796828.html Dünyanın ən bahalı küçələrinin SİYAHISI - 1kv 40 000 AZN - Siyahıda "Tarqovu" var? Dünyanın müxtəlif ölkələrində ən bahalı alış-veriş küçələrinin adı məlum olub. Day.Az xəbər verir ki, Cushman & Wakefield şirkətinin "Dünya Geneli Ana Caddeler 2025" hesabatına görə, qlobal miqyasda pərakəndə ticarət obyektlərinin icarə haqları orta hesabla 4,2 faiz artıb və bazarların 58 faizində qiymət yüksəlişi qeydə alınıb.

Dünyanın ən bahalı küçələrinin SİYAHISI - 1kv 40 000 AZN - Siyahıda "Tarqovu" var?

Azərbaycanca, 20 ноября 2025 17:40 (UTC +04:00) 376
Dünyanın ən bahalı küçələrinin SİYAHISI

Dünyanın müxtəlif ölkələrində ən bahalı alış-veriş küçələrinin adı məlum olub. 

Day.Az xəbər verir ki, Cushman & Wakefield şirkətinin "Dünya Geneli Ana Caddeler 2025" hesabatına görə, qlobal miqyasda pərakəndə ticarət obyektlərinin icarə haqları orta hesabla 4,2 faiz artıb və bazarların 58 faizində qiymət yüksəlişi qeydə alınıb.

Dünyanın ən bahalı küçəsi illik bir kvadratmetr üçün 20 482 avro icarə haqqı ilə Londondakı New Bond Street olub. İlk onluqda Avropanın, Asiyanın və ABŞ-ın məşhur ticarət küçələri yer alıb.

Küçə İcarə (€/m²) İcarə (AZN/m²) təxmini
New Bond Street (London) 20 482 ≈ 40 430 AZN/m²
Montenapoleone (Milan) 20 000 ≈ 39 496 AZN/m²
Upper 5th Avenue (Nyu-York) 18 359 ≈ 36 282 AZN/m²
Tsim Sha Tsui (Honq-Konq) 13 907 ≈ 27 468 AZN/m²
Şanzelize (Paris) 12 519 ≈ 24 730 AZN/m²
Ginza (Tokyo) 11 538 ≈ 22 786 AZN/m²
Bahnhofstrasse (Sürix) 9 644 ≈ 19 060 AZN/m²
Pitt Street Mall (Sidney) 7 292 ≈ 14 403 AZN/m²
Myeongdong (Seul) 5 997 ≈ 11 846 AZN/m²
Kohlmarkt (Vyana) 5 520 ≈ 10 892 AZN/m²

Hesabata əsasən, İstanbulun İstiklal küçəsi də siyahıya daxil olub. Bu küçədə illik kvadratmetr üzrə icarə haqqı 2 251 avro (4444 AZN) təşkil edir və İstiklal küçəsi ümumi sıralamada 22-ci yerdə qərarlaşıb.

Bakı şəhərinin mərkəzində yerləşən "Tarqovu" kimi tanınan Nizami küçəsinin isə adı siyahıda yoxdur. 

Elxan

  • Dünyanın ən bahalı küçələrinin SİYAHISI
  • Dünyanın ən bahalı küçələrinin SİYAHISI
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости