Hikmət Hacıyev Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd bin Əhməd Al-Misnad ilə görüşüb.

Day.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.

"Bu gün Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Məhəmməd bin Əhməd Al-Misnad ilə görüşdüm.

Görüşdə iki ölkə arasındakı münasibətlər, həmçinin regional və beynəlxalq inkişaflar müzakirə edildi", - deyə paylaşımda qeyd olunub.