Ağdamda avtomobil piyadanı vurub

Ağdam rayonunda yol qəzası baş verib.

Day.Az-ın əldə etdiyi xəbərə görə, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçən şəxsi vurub. Qəza zamanı xəsarət alan şəxs, 1993-cü il təvəllüdlü Əliyev Orxan Hüseyn oğlu, təcili tibbi yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.