Xocalının Badara və Seyidbəyli kəndlərinə qayıdan sakinlərə evlərinin açarları təqdim edildi - FOTO
Xocalı rayonunun Seyidbəyli və Badara kəndinə növbəti köç prosesi həyata keçirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, doğma yurda qayıdan keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov salamlayaraq onları əlamətdar hadisə münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.
Sonra sakinlərə evlərin açarları təqdim edilib.
Qeyd edək ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülüb.
Badara və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
14:35
xxx
Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınan köç karvanları mənzil başına çatdı.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Ağdamın Dördyol adlanan ərazisindən Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınan köç karvanı mənzil başına çatıb.
Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Badara kəndinə ümumilikdə 73 ailə 286 nəfər, Seyidbəyli kəndinə isə ümumilikdə 69 ailə 250 nəfər qayıdıb. Bununla da Xocalı rayonu üzrə ümumi məskunlaşma 906 ailə, (3700 nəfər) çatdırılıb.
13:52
xxx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре