Milli Məclisin sədri APA üzvlərini WUF13-də fəal iştiraka dəvət edib

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasındakı çıxışında bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyəti barədə fikirlərini səsləndirib.

Day.Az xəbər verir ki, Sahibə Qafarova davamlı şəhərsalmanın qlobal inkişafın gündəliyi ilə sıx əlaqəli olduğunu deyib.

O, APA-ya üzv olan bütün ölkələri bu Forumda fəal iştirak etməyə dəvət edib.