https://news.day.az/azerinews/1814825.html Silahların dövriyyəsinə tələb olunan əlavə şərtlər müəyyənləşdi Döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsinə (satışına, idxalına və ixracına münasibətdə) tələb olunan əlavə şərtlər müəyyənləşib. Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Silahların dövriyyəsinə tələb olunan əlavə şərtlər müəyyənləşdi

Azərbaycanca, 9 февраля 2026 11:33 (UTC +04:00) 319
Silahların dövriyyəsinə tələb olunan əlavə şərtlər müəyyənləşdi

Döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsinə (satışına, idxalına və ixracına münasibətdə) tələb olunan əlavə şərtlər müəyyənləşib.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən,satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla):

 
  • istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;
  • texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
  • texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.

Qərarla həmçinin, döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə tələb olunan əlavə şərtlər də müəyyənləşib.

Belə ki, satışına (döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın idxal edilən ehtiyat hissələri istisna olmaqla):

  • istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;
  • texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
  • texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости