https://news.day.az/azerinews/1818535.html Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə ediblər Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə ediblər. Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə ediblər

Azərbaycanca, 26 февраля 2026 15:31 (UTC +04:00) 320
Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə ediblər

Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə ediblər.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Gürcüstan - Azərbaycan - Türkiyə biznes forumunda ölkələrimiz arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanlarını dəyərləndirdik. Regional bağlantıların gücləndirilməsi üçün strateji imkanları vurğulayaraq, enerji resurslarından effektiv istifadənin, Orta Dəhlizin potensialının reallaşdırılmasının, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsinin, ölkələrimizin ixrac imkanlarının artırılmasının və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmini qeyd etdik. Fəaliyyətimizin prioritet istiqamətlərindən olan təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir", - paylaşımda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости