https://news.day.az/azerinews/1818800.html Hazırda Şamaxıda təkanlar qeydə alınmaqdadır - Qurban Yetirmişlidən AÇIQLAMA Bugün Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub Day.Az xəbər verir ki, bununla bağlı Milli.Az açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, hazırda Şamaxıda xırda təkanlar qeydə alınmaqdadır.

Hazırda Şamaxıda təkanlar qeydə alınmaqdadır - Qurban Yetirmişlidən AÇIQLAMA

Azərbaycanca, 27 февраля 2026 17:43 (UTC +04:00) 321
Hazırda Şamaxıda təkanlar qeydə alınmaqdadır

Bugün Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub

Day.Az xəbər verir ki, bununla bağlı Milli.Az açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, hazırda Şamaxıda xırda təkanlar qeydə alınmaqdadır.

"Düşünmürəm ki, bundan güclü maqnitudalı zəlzələ olar. Çox vaxt ilk təkan daha güclü olur. Hazırda ərazidə qalıq enerjisi hesablanır. Məlum olacaq ki, nə qədər enerji qalıb. Dağıntıya qaldıqda isə yaxşı tikilmiş tikililərdə düşünmürəm dağıntı olsun. Köhnə binalarda bəlkə çat ola bilər. Zəlzələ ətraf rayonlarda da hiss olunub ki, bu da normaldır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости