https://news.day.az/azerinews/1823138.html Ramazan bayramı martın 20-nə təsadüf edir - Allahşükür Paşazadə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi Fətvaya əsasən, bu il Şəvval ayının 1-i Ramazan...

Ramazan bayramı martın 20-nə təsadüf edir - Allahşükür Paşazadə

Azərbaycanca, 19 марта 2026 11:07 (UTC +04:00) 304
Ramazan bayramı martın 20-nə təsadüf edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi Fətvaya əsasən, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə martın 20-nə təsadüf edir.

Day.Az xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin bayram təbrikində əksini tapıb.

 

"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır"- təbrik mətnində bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости