https://news.day.az/azerinews/1828503.html Sərxoş və hüquqsuz avtomobil idarə edən şəxsin məsuliyyətdən yayınmaq cəhdi UĞURUSUZ OLUB - VİDEO Qaradağ rayonu ərazisində yerləşən stasionar postda "VAZ" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Sərxoş və hüquqsuz avtomobil idarə edən şəxsin məsuliyyətdən yayınmaq cəhdi UĞURUSUZ OLUB - VİDEO

Azərbaycanca, 17 апреля 2026 14:39 (UTC +04:00) 275
Sərxoş və hüquqsuz avtomobil idarə edən şəxsin məsuliyyətdən yayınmaq cəhdi

Qaradağ rayonu ərazisində yerləşən stasionar postda "VAZ" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Day.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən paytaxt sakini Coşqun Novruzovun sürücülük  hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib.

C.Novruzov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa calışsa da, istəyinə nail olmayıb.

Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən C.Novruzov inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости