https://news.day.az/azerinews/1831771.html Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanca, 2 мая 2026 08:16 (UTC +04:00) 345
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Mayın 2-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 10 kV-luq 4 və 10 saylı hava xətlərində növbəli şəkildə təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mübariz İbrahimov, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov, Səməd Vurğun küçələri, Bəydili kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости