Varlıların sevimlisi olan kürü artıq Türkiyədən

Türkiyə 2027-ci ilin sonundan etibarən nərə balığından əldə olunan qara kürünü "Türk kürü" markası ilə dünya bazarına çıxarmağa hazırlaşır.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədən illik 100-150 milyon dollar ixrac gəliri gözlənilir.

Balıqçılıq və Su Məhsulları Baş İdarəsinin rəhbəri Turgay Türkyılmaz bildirib ki, ölkə balıq yetişdiriciliyinin inkişafına üstünlük verir və dəniz ovçuluğunu artırmağı planlaşdırmır.

Rəsmilərin sözlərinə görə, Türkiyədə istehsal olunacaq qara kürüyə beynəlxalq bazarda artıq yüksək maraq var və bəzi şirkətlər əvvəlcədən sifariş verməyə başlayıblar.