https://news.day.az/azerinews/1838386.html Bələdiyyə sədri və başqaları SAXLANILDI Türkiyənin İzmir şəhərinin Buca rayon bələdiyyəsi və ona bağlı qurumlara qarşı genişmiqyaslı korrupsiya əməliyyatı həyata keçirilib. Əməliyyat çərçivəsində Bələdiyyə sədri Görkəm Duman da daxil olmaqla çoxsaylı şəxs saxlanılıb. Day.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bələdiyyə sədri və başqaları SAXLANILDI

Azərbaycanca, 1 июня 2026 11:09 (UTC +04:00) 284
Bələdiyyə sədri və başqaları

Türkiyənin İzmir şəhərinin Buca rayon bələdiyyəsi və ona bağlı qurumlara qarşı genişmiqyaslı korrupsiya əməliyyatı həyata keçirilib. Əməliyyat çərçivəsində Bələdiyyə sədri Görkəm Duman da daxil olmaqla çoxsaylı şəxs saxlanılıb.

Day.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

İzmir Respublika Baş Prokurorluğununun əməliyyatla bağlı bəyanatına görə, istintaq çərçivəsində İzmir Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmaların nəticəsində Buca Bələdiyyəsi və ona bağlı qurumlara qarşı genişmiqyaslı korrupsiya əməliyyatı başlanılıb.

Əldə olunan sübutlar əsasında bələdiyyə rəhbərləri, əməkdaşları və şirkət sahiblərinin də daxil olduğu ümumilikdə 62 şübhəli şəxsə qarşı iyunun 1-də mərkəzi İzmir olmaqla 6 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Aparılan texniki və fiziki müşahidələr nəticəsində bələdiyyənin imkan və resurslarından istifadə edilərək cinayət təşkilatının yaradıldığı və idarə olunduğu; rayonda həyata keçirilən tikinti layihələri çərçivəsində podratçılarla bələdiyyə rəhbərləri və əməkdaşları arasında rüşvət alınıb-verildiyi; şəhərsalma və tikinti icazələri ilə bağlı proseslərdə qanun pozuntularına yol verildiyi və bələdiyyə rəhbərliyinin bu proseslərdə fəal iştirak etdiyi; bələdiyyəyə bağlı qurumların kredit kartları, bank hesabları və nəqliyyat vasitələrinin şəxsi xərclər və yerləşdirmə məqsədləri üçün istifadə edildiyi; bələdiyyə haqqında xəbər hazırlayan və ya sosial şəbəkələrdə paylaşım edən bəzi şəxslərin döyüldüyü; faktiki işləməyən şəxslərə əməkhaqqı və müxtəlif ödənişlərin verildiyi müəyyən edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости