Xam əti yumaq təhlükəlidir – Həkim milyonların səhvini AÇIQLADI
Bir çox insan yemək hazırlamadan əvvəl xam əti yumağın lazım olduğunu düşünür.
Day.Az-ın məlumatına görə, infeksionist Aleksandra Pleşakova bildirir ki, belə vərdiş bakteriyaların yayılmasına, yəni kros-kontaminasiyaya səbəb ola bilər.
Su sıçrayaraq digər səthlərə, qab-qacağa və hazır yeməyə keçə bilər ki, adi təmizlik bunu tam aradan qaldıra bilmir.
Ekspertlərin sözlərinə görə, əti yumaq məhsulu daha təhlükəsiz etmir, çünki bakteriyalar kifayət qədər istiliklə bişirildikdə məhv olur. Buna görə toyuq, mal və donuz ətini hazırlamadan əvvəl yumağa ehtiyac yoxdur. Yalnız marinad olunmuş əti yuyandan sonra bişirmək tövsiyə edilir.
Həkim həmçinin xam ətin düzgün saxlanmasının vacibliyini vurğulayır: xam ət və balığın hazır yeməklərlə təmasından qaçınmaq, ayrı kəsmə lövhələri və bıçaqlardan istifadə etmək və paketləri dərhal atmaq lazımdır. Əti əlavə olaraq suya və ya duzlu məhlula batırmaq da tövsiyə olunmur, çünki bu, bakteriyaların yayılma riskini artırır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре