https://news.day.az/azerinews/1839397.html Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilir Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfrans keçirilir. Day.Az Trend-ə istinadən xəbər verir ki, "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə." şüarı altında təşkil olunan tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) tərəfdaşlığı çərçivəsində keçirilir.

Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Azərbaycanca, 5 июня 2026 10:51 (UTC +04:00) 287
Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfrans keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə." şüarı altında təşkil olunan tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) tərəfdaşlığı çərçivəsində keçirilir.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad İsmayılov, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnqer Andersen çıxış edəcəklər.

Həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş, Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in təyin olunmuş Prezidenti Murat Kurum, COP30 Prezidenti André Corrêa do Lago, Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraçı Direktoru Anaklaudiya Rossbax və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı Katibi Simon Stiell videomüraciətlə çıxış edəcəklər.

Xəbər yenilənəcək

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости