Bərpa olunan enerji mənbələrinə keçid sürətləndirilməlidir

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) hökumətlərlə birlikdə çalışaraq insanların həyatını xilas etməyə, qorumağa və iqtisadiyyatları gücləndirməyə sadiqdir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun - Ümumdünya Ətraf Mühit Gününə həsr olunan konfransa videomüraciətində deyib.

Onun sözlərinə görə, emissiyalar kəskin şəkildə azaldılmalı, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməlidir:

"Daha dayanıqlı və daha ucuz enerji həllərini tətbiq etməli və real enerji təhlükəsizliyini təmin etməliyik.

Mən vurğulamaq istəyirəm ki, buna nail olmağın ən sürətli və ən sərfəli yolu artıq məlumdur və işlək həllər mövcuddur. Meşələrin, torpaqların və dənizlərin qorunması, icmaların hər il daha da dağıdıcı təsir göstərən iqlim dəyişikliklərinə uyğunlaşmasına kömək edilməsi vacibdir", - Quterreş qeyd edib.