https://news.day.az/azerinews/1839601.html Ağcabədidə baş vermiş qəzada 3 yaşlı uşaq ağır xəsarət alıb - FOTO Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb. Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza ötən gecə şəhər ərazisində qeydə alınıb.

Ağcabədidə baş vermiş qəzada 3 yaşlı uşaq ağır xəsarət alıb - FOTO

Azərbaycanca, 5 июня 2026 20:32 (UTC +04:00) 352
Ağcabədidə baş vermiş qəzada 3 yaşlı uşaq ağır xəsarət alıb

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza ötən gecə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, 1988-ci il təvəllüdlü Elvin Əliyevin idarə etdiyi VAZ-21011 markalı avtomobil hərəkətdə olarkən, 1992-ci il təvəllüdlü Cavid Əfqanlıya məxsus VAZ-2106 markalı avtomobillə toqquşub.

 

Hadisə nəticəsində hər iki sürücü, eləcə də VAZ-2106-da olan 3 yaşlı uşaq ağır xəsarət alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

  • Ağcabədidə baş vermiş qəzada 3 yaşlı uşaq ağır xəsarət alıb
  • Ağcabədidə baş vermiş qəzada 3 yaşlı uşaq ağır xəsarət alıb
  • Ağcabədidə baş vermiş qəzada 3 yaşlı uşaq ağır xəsarət alıb
  • Ağcabədidə baş vermiş qəzada 3 yaşlı uşaq ağır xəsarət alıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости