https://news.day.az/azerinews/1839852.html Ataçay üzərində yerləşən körpüdə sel sularının yaratdığı problem aradan qaldırılıb - VİDEO Ataçay üzərində yerləşən körpüdə bir neçə gün əvvəl sel sularının yaratdığı problem aradan qaldırılıb. Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. "Sel suları Balaca Həmyə yolunda körpünün yanaşma hissəsini yuyaraq hərəkətdə maneələrə səbəb olmuşdu.

Ataçay üzərində yerləşən körpüdə sel sularının yaratdığı problem aradan qaldırılıb - VİDEO

Azərbaycanca, 7 июня 2026 13:55 (UTC +04:00) 321
Ataçay üzərində yerləşən körpüdə sel sularının yaratdığı problem aradan qaldırılıb

Ataçay üzərində yerləşən körpüdə bir neçə gün əvvəl sel sularının yaratdığı problem aradan qaldırılıb.

Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

"Sel suları Balaca Həmyə yolunda körpünün yanaşma hissəsini yuyaraq hərəkətdə maneələrə səbəb olmuşdu.

Dərhal agentliyin əməkdaşları və xüsusi təyinatlı texnikaları əraziyə cəlb olundu.

Əlavə təhlükəsizlik tədbirləri görüldü, nəqliyyatın hərəkəti üçün müvəqqəti marşrut müəyyənləşdirildi.

Həyata keçirilən təxirəsalınmaz bərpa işləri nəticəsində körpü üzərində hərəkət bərpa olunub.

Hazırda ərazidə bərpa, möhkəmləndirmə və qabaqlayıcı tədbirlər davam etdirilir", - deyə məlumatda bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости