Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib - YENİLƏNİB
Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.
Day.Az xəbər verir ki, bu barədə Ermənistan mediası MSK-ya istinadən məlumat yayıb.
XXX
09:47
Saat 08:00-a olan məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsindən 1878-nin nəticələrini emal edib ki, bu da onların ümumi sayının təxminən 93,7 faizini təşkil edir.
Bu barədə Day.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
İlkin nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası 50,25 faiz səslə liderlik edir.
İkinci yerdə rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku 23,31 faiz səslə qərarlaşıb. Üçüncü pillədə isə sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku yer alıb. Sözügedən siyasi qüvvə 9,78 faiz səs toplayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре