https://news.day.az/azerinews/1840034.html NATO qırıcıları Latviya üzərində xarici dronu vurub NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrul xidməti (Baltic Air Policing) missiyası çərçivəsində fəaliyyət göstərən Fransa Hərbi Hava Qüvvələrinin qırıcıları Latviya səmasında pilotsuz uçuş aparatını (PUA) vurublar.

NATO qırıcıları Latviya üzərində xarici dronu vurub

Azərbaycanca, 8 июня 2026 12:34 (UTC +04:00) 319
NATO qırıcıları Latviya üzərində xarici dronu vurub

NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrul xidməti (Baltic Air Policing) missiyası çərçivəsində fəaliyyət göstərən Fransa Hərbi Hava Qüvvələrinin qırıcıları Latviya səmasında pilotsuz uçuş aparatını (PUA) vurublar.

Day.Az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Milli Silahlı Qüvvələrinin (MSQ) "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

"Müttəfiq qırıcılar Latviyanın hava məkanına daxil olmuş dronu uğurla məhv ediblər", - deyə MSQ qeyd edib.

Hazırda respublikada hava həyəcanı rejimi ləğv olunub.

Bundan əvvəl Latviya MSQ-si ölkənin hava məkanına təhlükə yarandığını bəyan etmiş və sakinləri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости